Azərbaycanda ən çox nikahın qeydə alındığı şəhərlərin beşliyi açıqlanıb.
ARANTV.AZ xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyi (ƏN) məlumat yayıb.
Rəsmi məlumata görə, 2022-ci ildə qeydiyyat orqanlarında 61.930 nikah dövlət qeydiyyatına alınıb.
Bildirilib ki, say baxımından ilk beşlikdə daha çox nikah Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Bərdə və Quba rayonlarında qeydə alınıb.
