Dünya 

Pakistanda bazarda güclü partlayış olub, ölənlər var – FOTO

Pakistanın Bəlucistan əyalətində bazarda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə əyalətin hüquq mühafizə orqanları məlumat verib.

Qeyd olunur ki, partlayış motosikletə yerləşdirilmiş əldəqayırma qurğunun işə düşməsi nəticəsində baş verib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Mənbə: “Dawn” nəşri

Daha çox xəbərlər