Siyasət 

TÜRKPA: “İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur”

TÜRKPA Katibliyi Xocalı soyqırımının anım günü ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımından 31 il keçir. Azərbaycanın Xocalı şəhərinə edilən hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmiş və girov götürülmüşdür.

Üzərindən illər keçsə də Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur, düşüncələrdə və qəlblərdə yaşayır. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqının və hökumətinin yanında olmağa davam edir.

Daha çox xəbərlər