İcra başçısı Şuşa ilə bağlı sualı cavablandırmadı – MÜBAHİSƏ – VİDEO
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla bağlı növbəti qalmaqal baş verib.
Belə ki, o, Xocalı soyqırımının 31-ci il dönümü ilə bağlı “Ana fəryadı” abidəsini ziyarət edərkən jurnalistlər sual vermək üçün ona yaxınlaşıb. Jurnalistlərdən biri ilə B.Səfərov arasında gərgin dialoq yaşanıb.
Jurnalist B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib. Səfərov sualdan yayınıb. Jurnalist növbəti dəfə sual verdikdə, o, əsəbiləşib. Media nümayəndəsinin “sizdən hesab soruram” replikası isə gərginliyin kulminasiyası olub. Bu söz Bayram Səfərovu özündən çıxardıb.
ARANTV.AZ xəbər verir ki, video yayıldıqdan sonra bu dialoqa münasibət birmənalı olmayıb. Sosial şəbəkədə B.Səfərova sual verən, ondan “hesab soran” jurnalist tənqid edilib. Onun üslubunun yanlış olduğu bildirilib. Maraqlıdır ki, həmin jurnalist əsasən öz həmkarları tərəfindən qınanılıb. Məmura bu tonda, belə üslubda sual verməyin professionallıqdan və peşə etikasından kənar olduğu vurğulanıb.
Həmin videonu təqdim edirik:

