Cəmiyyət 

Qadın Gülərsə…

Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə #QadınGülərsə sosial kampaniyasına start verir.

ARANTV.AZ xəbər verir ki,  Nazirlikdən verilən məlumata görə, kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.

Elm və Təhsil Nazirliyi hər kəsi 1-10 mart tarixlərini əhatə edəcək kampaniyaya qoşulmağa çağırır:

“Əziz və dəyərli xanımlarımız, bayramınız mübarək olsun!”

#QadınGülərsə, dünya gülər!

#QadınGülərsə, zəkalar işıqlanar!

Daha çox xəbərlər