Cəmiyyət 

SN: Müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir

Həkim müayinəsindən keçmədən və analiz vermədən vitamin qəbulu yolverilməzdir.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir: “Çünki vitamin çatışmazlığı orqanizmimiz üçün nə qədər zərərlidirsə, vitamin çoxluğu da bir o qədər zərərlidir”.

Həkim qeyd edib ki, immuniteti gücləndirmək üçün ilk növbədə, yuxu rejiminə, ikinci növbədə isə qidalanmaya diqqət etmək lazımdır: “Nəzərə almaq lazımdır ki, yaxşı qidalanmaq çox yemək deyil, balanslı qidalanmaqdır”.

Daha çox xəbərlər