Cəmiyyət 

Səhər özün ye, günorta dostuna ver, axşam düşməninə – MƏSLƏHƏTİ YANLIŞ İMİŞ

Dietoloqlar və sağlam qidalananlar illərdir deyirlər ki, səhər yeməyi günün ən vacib yeməyidir, enerjinizin olması üçün səhərlər mümkün qədər yemək və gün ərzində çox yeməmək lazımdır.  Bununla belə, avstraliyalı dietoloqların yeni araşdırması bu yanaşmanı şübhə altına alır.

Belə ki, 13 mərhələdən ibarət olan araşdırma çox sadə, amma effektiv olub.  Hər mərhələ də müstəqil insan qrupları səhər yeməyini ertələyir, digərləri isə əksinə, bol səhər yeməyi yeyiblər. Sonra onlar bir işlə məşğul olublar – bütün gün ərzində yeyilən yeməyin miqdarını, yəni kalorisini hesablamaq.  Məlum olub ki, gün ərzində yaxşı qidalanan iştirakçılar səhər yeməyi yeməyənlərə nisbətən gündə orta hesabla 260 kalori daha çox qəbul ediblər. Maraqlısı odur ki, daha tez-tez səhər yeməyini ertələyən subyektlər daha sürətlə arıqlayırlar.

Mütəxəssislər öz tədqiqatlarının nəticələrinə görə, səhər yeməyinin enerjinin paylanmasında və ya çəki itirməsində böyük rol oynamadığını qeyd edirlər.  Onların fikrincə, hər bir insanln orqanizmi fərqlidir. Əgər yuxudan oyandıqdan sonra yemək bişirmək üçün çox həvəsiniz yoxdursa və doyumlu səhər yeməyi yemək istəmirsinizsə, deməli, bədənin buna ehtiyacı yoxdur.

Xədicə Nəcəfova,
BSU-nun tələbəsi

Daha çox xəbərlər