Cəmiyyət 

“Eyni düşüncədə olmasaq da…” – Elşad Miri Hacı Şahin Həsənli ilə bağlı yazdı

Elşad Miri səhr saatlarında vəfat edən Hacı Şahin Həsənlinin ölümündən yazıb.

ARANTV.AZ  xəbər verir ki, ilahiyyatçı sosial şəbəkədə bu barədə paylaşım edib.

“Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim.
Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm. Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm… Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq!”- deyə o qeyd edib.

Qeyd edək ki, İlahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürktutmadan dünyasını dəyişib.

Daha çox xəbərlər