Hacı Şahin ilə vida mərasimi başa çatdı – YENİLƏNİR + FOTO/VİDEO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Məşədi Dadaş məscidindən götürülüb.
Ş.Həsənli yaxın saatlarda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
10:10
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
“Əjdərbəy” məscidinin icma sədri, hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

