Region Xəbərləri Təhsil 

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı gül əkmə aksiyası keçirilib

Bu gün 7 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gül əkmə aksiyası keçirildi.Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

ARANTV.AZ

Nilufər Əliyeva

Daha çox xəbərlər