BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmalıdır
Qoşulmama Hərəkatına üzv və sədrlik Ermənistanın təcavüzünə qarşı mübarizədə Azərbaycana güclü beynəlxalq dəstək qazandırıb
Azərbaycanın toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür
Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edən xarici ölkələrin dövlət rəsmilərini salamlayarq əsas məqsədin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bildirib. Ölkəmizin başçısıCOVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə ilk dəfə Qoşulmama Hərəkatının çıxış etdiyini vurğulayıb: «Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib».
Prezident İlham Əliyevhəmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etdiyini vətəklifin BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandığınıifadə edib.
Ölkə başçısı Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini dəstəklədiyini və bu faktın Hərəkatıntəməl sənədlərində əks olunduğunu diqqətə çatdırıb,Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıb:«Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq».
Prezident İlham Əliyev BMT sistemində aparılan islahatlardan söz açaraq BMT Təhlükəsizlik Şurasının indiki reallıqları əks etdirmədiyini vurğulayıb. İlham Əliyev Təhlükəsizlik Şurasının tərkibiningenişləndirilməsini, orada daha çox ölkələrin təmsil olunmasınıvə nəticə etibarilə coğrafi baxımdan daha ədalətli olması arzusunu ifadə edib.
Ölkə başçısı Pandemiyanın “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir ediyini bildirib: «2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil. milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir».
PrezidentErmənistanın işğalı nəticəsindəAzərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkürünü bildirib: «Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir».
Sonra BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi çıxış edərək Zirvə görüşündə iştirak üçün dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Hazırda bəşəriyyətin dünyada yaşanan müxtəlif proseslərin, o cümlədən COVID-19 pandemiyasının ciddi təsirlərinə məruz qaldığını vurğulayan Tsaba Körösi bu problemlərin qarşısını almaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından belə görüşlərin önəmini qeyd edib. Azərbaycanın COVID-19-a qarşı mübarizə istiqamətində irəli sürdüyü təşəbbüslərin önəmini vurğulayan Tsaba Körösi deyib ki, Azərbaycan tərəfindən bununla bağlı irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış və əlçatanlıq qarşılıqlı dəstəyin bir nümunəsidir.
BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin adından çıxış edərək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyinə görə Prezident İlham Əliyevə və Azərbaycana minnətdarlığını ifadə etdi. XXI əsrdə çoxtərəfli əməkdaşlıq baxımından Qoşulmama Hərəkatının əhəmiyyətinin daha da artdığını vurğulayan T.Valovaya Hərəkatın dayanıqlı inkişaf, iqlim dəyişikliyinə qarşı mübarizə və sülhün bərqərar olunması istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirdi. O, dünyada 6,5 milyon insanın ölümünə, bərabərsizliyin daha da güclənməsinə, böyük depressiyaya və işsizliyə səbəb olan pandemiyanın bir sıra sahələrə, xüsusilə təhsilə sarsıdıcı təsirlər göstərdiyini qeyd edib.
Görüşdə çıxış edən Özbəkistan Prezidenti BMT-də islahatlar məsələsinə toxunaraq bildirdi ki, Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmalıdır.
Zirvə görüşündə iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirən İraq Prezidenti Əbdüllətif Camal Rəşid qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin, qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Ölkəsində bu istiqamətlərdə atılan addımlardan bəhs edən dövlət başçısı bildirib ki, İraq hökuməti iqlim dəyişikliyi məsələlərinə də xüsusi önəm verir.
Bosniya və Herseqovina Rəyasət Heyətininsədri Jelka Tsviyanoviç Zirvə görüşündə iştirak üçün dəvətə görə Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Qoşulmama Hərəkatının yarandığı zaman dünyaya lazım olan sülh, sabitlik və əməkdaşlıq kimi məsələlərin bu gün də öz aktuallığını saxladığını söyləyib. Jelka Tsviyanoviç Hərəkatın koronavirus pandemiyasının qarşısının alınması istiqamətində böyük səylər göstərdiyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Şeyda Əzizqızı
«Aran Media» QROUP-un Direktoru

