YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir.
“Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı üzrə Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və nurlu ideyalarının əbədiyaşarlılığının təmin olunması məqsədilə tədbirlər davam etdirilir.
YAP Bərdə rayon təşkilatı 23 saylı Ərazi partiya təşkilatınin Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində keçirilən tədbiri ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili” adlı video – çarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə 23 saylı ərazi partiya təşkilatınin sədri Raqub Yunisov açmış, ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında əvəzolunmaz xilaskarlıq missiyasından danışmışdır.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, partiya fəalları Kollecin direktor əvəzi Xosrov Musayev, müavin Əsli Süleymanova, müəllimlər Aydın Zeynalov, Ayşən Aqilli, tələbələrdən Nəzakət Quliyeva və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin hərtərəfli fəaliyyətinin müxtəlif məqamlarına işiq tutmağa çalışmışlar.
Sonda YAP-a yeni qəbul olunmuş üzvlərə YAP üzvlük vəsiqələri təqdim edilmişdir.
ARANTV.AZ
Nilufər Əliyeva







