Dünya 

İsraildə təyyarə magistral yola düşdü: Ölənlər var – VİDEO

İsraildə Negev səhrasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir kişi və bir qadın həlak olub.

Təyyarə yerli vaxtla 09:44-də magistral yola eniş etmək istəyərkən qəzaya uğrayıb. Sözügedən magistral Qüdsdən şimala və cənuba aparır.

Qüdsün cənubunda yerləşən Beer-Şeva şəhərinin xilasediciləri qəza yerinə yola düşüblər.

Təyyarə yerə çırpıldıqdan sonra alışıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.

Artıq yanğın söndürülüb.

Mənbə: Ynet

Daha çox xəbərlər