Cəbhədən Xəbər 

Azərbaycan hərbçisi ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

 

Daha çox xəbərlər