Cəmiyyət 

Şəkidə ağac aşdı: Kişi öldü

Şəki rayonunda bədbəxt hadisə baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində olub.

Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb və ağac onun üzərinə aşıb.

Nəticədə S.Balacayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər