Şəhid Eşqin Hüseynov ilə vida mərasimi keçirilir – FOTO
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.
ARANTV.AZ-ın məlumatına görə, yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.

