Gündəm 

Fevral ayında Türkiyənin polad ixracı 38 faizdən çox azalıb

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalaraq 2,2 milyard dollara bərabər olub.

ARANTV.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 38,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 31,6 milyard dollar məbləğində polad ixrac edib.

Daha çox xəbərlər