Cəmiyyət 

Əməlləri ilə dünyanı gözəlləşdirən məşhur qadınlar – FOTO

 

8 Mart bütün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Odur ki, bu münasibətlə öz əməlləri ilə dünyanı gözəlləşdirməyə çalışan xeyriyyəçi qadınları yada salmışıq.

ARANTV.AZ oxucuları xeyriyyə işləri ilə məşğul olan qadın məşhurlarla tanış edib.

Opra Uinfri

Опра Уинфри
Bu gün şou-biznesin ən varlı qadını sayılan Opra Uinfri hələ 90-cı illərdə bütün dünyada qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi verən fond təsis edib. 2004-cü ildən bəri o, Cənubi Afrikadakı uşaqlara kömək edir. Hətta ulduz, qızlar üçün xüsusi liderlik məktəbi də tikdirib. Uinfrinin şousunu izləyənlərin pul bağışlamasına baxmayaraq, şəxsən özü də layihəyə 40 milyon dollar sərmayə qoyub.

Nataliya Vodyanova

Наталья Водянова
Nataliya Vodyanova 2004-cü ildə artıq bütün dünyada tanınırdı. Çox keçmir ki, məşhur model Çılpaq Ürək Xeyriyyə Fondunu yaratdı. Təşkilat əsasən inklüziv oyun meydançalarının tikintisi ilə məşğul olur, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə yardımlar edir. Natalya dəfələrlə etiraf edib ki, şəxsi həyatında üzləşdiyi problemlərdən yola çıxaraq bu fondu təsis edib. Daha dəqiq desək, serebral iflic diaqnozu qoyulan bacısı Oksanadan təsirlənib. Fondun işi o qədər çox olurdu ki, model moda sənayesini tərk etməyə qərar verdi. İndi o, istisna hallarda reklam və dəfilələrdə çıxış edir, bütün boş vaxtını ya ailəsinə, ya da fonda həsr edir.

Ancelina Coli

Анджелина Джоли
90-cı illərdə Ancelina nadinc uşaq kimi tanınırdı, lakin 2000-ci illərdə baş tutan Kamboca səfərindən sonra hər şey dəyişdi. Aktrisanın baş rolda çəkildiyi “Lara Kroft” filmi orada lentə alınmışdı. Ölkədə qarşılaşdığı mənzərədən dəhşətə gələn kino ulduzu BMT-yə müraciət etdi, həm də problemi ətraflı öyrənmək üçün digər nümayəndələrlə birlikdə Üçüncü Dünya ölkələrinə səfər etməyə başladı. Aktrisa özü isə Qaçqınlar Komissiyasına 1 milyon dollar köçürdü, həmçinin BMT-nin xoşməramlı səfiri təyin olundu. Bundan əlavə, Coli məktəblər tikən, ətraf mühitin qorunmasına kömək edən və texnogen fəlakətlərdən zərər çəkmiş uşaqları xilas edən bir neçə xeyriyyə fondunun sədridir.

Şarlz Teron

Шарлиз Терон
Hollivud gözəli Cənubi Afrikada doğulub. O, dünyanın məşhur kino ulduzu olsa sa, öz köklərini unutmur. Əvvəlcə ölkənin bəzi bölgələrini idman ləvazimatları ilə təmin etmək üçün “Los-Anceles” futbol klubu ilə əməkdaşlıq etdi, 2007-ci ildə ulduz öz xeyriyyə fondunu qurmağa qərar verdi. Təşkilat Cənubi Afrikada gənclər arasında HİV-in qarşısının alınması üçün çalışır. Aktrisa həmçinin feminist hərəkatını aktiv şəkildə dəstəkləyir və heyvanlara qarşı qəddarlığa qarşı çıxır.

Odri Hepbern

9 Audrey Hepburn Style Quotes to Live By
1970-ci illərdən başlayaraq Odri filmlərdə getdikcə daha az rol almağa başladı, vaxtının çoxunu ailəsinə həsr edirdi. Lakin 1980-ci illərin sonlarında onun həyatında yeni mərhələ başladı – o, UNICEF-in xoşməramlı səfiri seçildi. Aktrisa etiraf edir ki, hələ 50-ci illərdə uşaqlara kömək etmək arzusunda olub.

1988-ci ildən başlayaraq, Hepbern müntəzəm olaraq yeni missiyasını yerinə yetirmək üçün yoxsul ölkələri ziyarət etməyə başladı. Eyni zamanda o, gördüklərini həm mətbuata danışır, həm də səlahiyyətliləri məlumatlandırırdı, bəzən gündə 15 müsahibə verməli olurdu. Aktrisanı müşayiət edənlərin sözlərinə görə, onun səfərləri heç də asan keçmirdi, xüsusi rəftar tələb etmir və hamı kimi ağır şəraitdə yaşayırdı. Son missiya aktrisada xüsusilə dərin təəssüratlar yaratmışdı. O, Somali şəhərlərinin küçələrində aclıqdan ölən uşaqların və böyüklərin cəsədlərini öz gözləri görmüşdü. “Heç bir şey məni minlərlə çarəsiz, arıq, sısqa və ac uşağı görəndə yaşadığım səssiz iztirablara hazırlaya bilməzdi… Onların iri gözləri kiçik üzləri və məzlum səssizliyi”, – Hepburn müsahibəsində dilə gətirib.

1990-cı illərin əvvəllərində ABŞ prezidenti Corc Buş Odrini humanitar fəaliyyətinə görə Azadlıq medalı ilə təltif edib. Odri Hepbern Uşaq Fondu hələ də mövcuddur, sədrliyi aktrisanın oğulları edir. Fond ehtiyacı olan uşaqlara yardım göndərir.

Diana

How Diana, Princess Of Wales Became A Gen-Z Influencer Posthumously |  British Vogue
Şahzadə Diana və ya Diana Frensis Spenser 1997-ci ildə faciəvi şəkildə dünyasını dəyişsə də, xeyriyyə əməlləri bu günə qədər dillərdən düşmür. Şahzadə Diana özünü siyasətçi yox, humanist hesab edirdi, ictimai və xeyriyyəçilik fəaliyyətlərində fəal idi. O, ianələr edir, həm də xeyriyyə fondlarını dəstəkləyirdi. HİV-ə yoluxmuş insanlar, evsizlər, qaçqınlar, xəstələr, o cümlədən cüzamlılar Ledi Dinin köməyinə arxalana bilərdilər.

Daha çox xəbərlər