Hadisə 

Bakıda ailə faciəsi – Ata, oğlu və 18 yaşlı gəlini öldü

Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

ARANTV.AZ xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü oğlu Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq vəfat ediblər.

Onların Sulutəpə qəsəbəsi 12-ci döngədə yerləşən nömrəsiz evdə kirayə yaşadıqları məlum olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər