Cəmiyyət 

Ağsuda bitən Sibir Zümrüdçiçəyi – FOTO

Təbiət canlı aptekdir. Bəzi dərdlərin dərmanı elə ətrafımızda görmədiyimiz. yaxud görüb fikir vermədiyimiz bitkilədədir. Məsələn, mavi güllərlə göz oxşayan Sibir Zümrüdçiçəyi haqqında heç eşitmisiniz?

ARANTV.AZ  xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu bu gözəl çiçəklər barədə özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Sibir Zümrüdçiçəyi adında (latınca – Scilla Siberica) olan bu bitki əslində Sibirdə yox, Volqoqrad ərazisində bitir.

Maraqlıdır ki, bu mavi çiçəklər səhər 10:00-da açıb, axşam 17:00-də bağlanır.

Həkim qeyd edib ki, tibdə soğanağından qalantamin adlı maddə əldə edilir. Bu maddə uşaq serebral iflici və poliomielit zamanı istifadə edilir. Lakin soğanağı əslində toksikidir, ona görə özbaşına içilməməlidir.

Dr. Eldaroğlu, həmçinin, dərinin göbələk xəstəliklərində xaricdən istifadə olunan cövhərin reseptini də açıqlayıb:

“50 q Sibir Zümrüdçiçəyi götürüb, 1 litr qida spirti əlavə edib, 4 həftə qaranlıq və sərin yerdə saxlayın. Gün ərzində tənzifə batıraraq 3-4 dəfə dərini silmək məsləhətdir. Yerüstü hissəsindən də eyni şəkildə spirtdə çıxarışını hazırlamaq olar”.

Həkim “Facebook” səhifəsində Sibir Zümrüdçiçəyinin fotolarını paylaşaraq, onları Ağsu dolaylarında çəkdiyi qeyd edib. Lakin bu bitki Azərbaycanın digər bölgələrində də bitir. Əksər insanlar onu “mart çiçəyi” kimi tanıyırlar. Onu bir neçə cür adlandırırlar: Qəbələdə qarğa soğanı, Laçında şəməngül, Siyəzəndə novruzçiçəyi və s. Fərqli bölgələrdə fərqli adla tanınan, martda çiçəkləyən bu qəşəng çiçəyin əsl adı Sibir Zümrüdçiçəyidir

Ağsuda bitən Sibir Zümrüdçiçəyi - FOTOAğsuda bitən Sibir Zümrüdçiçəyi - FOTOAğsuda bitən Sibir Zümrüdçiçəyi - FOTOAğsuda bitən Sibir Zümrüdçiçəyi - FOTO

Daha çox xəbərlər