YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində müxtəlif nominasiyalar – rəsm, mahnı, ifa və rəqs üzrə müsabiqələr keçirilmişdir.
“Nə qədər ki, Azərbaycan var, mən də varam!” adlı müsabiqədə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov çıxış edərək Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiliyindən danışmış, dərin hörmət və ehtiramı ifadə edən müsabiqənin təşkilatçıları, mahiyyəti və şərtləri barədə məlumat vermişdir. Şəhər 1 nömrəli uşaq incəsənət məktəbində keçirilən müsabiqənin yekun turunda müəyyənləşdirilən qaliblərin Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ümumrayon tədbirində mükafatlandırılması nəzərdə tutulmuşdur.
ARANTV.AZ
Nilufər Əliyeva







