Gündəm 

Milli maraqlar təmin edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında deputatlar qarşısında 2020-ci il mart ayının 10-da çıxışı zamanı həmin ilin fevral ayının 9-da keçirilmiş parlament seçkilərini respublikanın həyatında önəmli hadisə kimi qiymətləndirərək seçkilərin müşahidəsi üçün bir çox beynəlxalq təşkilatların və müşahidəçilərin dəvət olunduğunu bildirmişdir.

Ölkə Başçısı çıxışında milli dəyərlərin və milli ənənəvi dəyərlərin qorunması ilə bağlı geniş qanunvericilik bazasının vacibliyini vurğulamışdı. Cənab Prezident burada dünyanın informasiya dövründə yaşanıldığını nəzərə alaraq informasiyaya nəzarətin güclənməsinin və mühafizəsilə bağlı fikirlərə də toxunmuşdur. Ətrafdan Azərbaycana qarşı çoxlu şər-böhtan kampaniyaların hazırlandığı, yəni, “feyk nyus” adlandırılan xəbərlərin geniş vüsət aldığı bir zamanda informasiya mühafizəsinə ciddi nəzarətin vacibliyini bildirmişdir. Ölkə Başçısı qeyd etmişdi ki, “Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövr çıxışında gənclər siyasətinə də toxunmuşdu. Azərbaycan əhalisinin mütləq əksəriyyətini təşkil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, könüllülər hərəkatı çərçivəsində, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə mühüm addımların atılmasının vacibliyi, gənclərin milli ruhda tərbiyəsi, xarici təsir altına düşməmələrinə nəzarətin gücləndirilməsi bildirildi. Ölkə Başçısı  müasir Azərbaycan gəncliyinin vətənpərvər, Vətənə bağlıdır, milli köklərə bağlı yetişməsini yüksək qiymətləndirdi.

Cənab Prezident qeyd etdi ki, Azərbaycan Ermənistanla münaqişəsi zamanı daim tarixi faktlarla çıxış edərək həqiqətləri dünyay çatdırdı. Ədalət Azərbaycanın tərəfində olduğu üçün beynəlxalq hüquq da bu mövqeyi dəstəklədi. Ermənistan geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın almalarına baxmayaraq, deyilənləri təkzib etmək üçün qarşıya yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyadan başqa heç bir ciddi arqument qoya bilmədi. “Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi

bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində yerləşən məntəqələrin toponimlərinin Azərbaycan mənşəli olduğunu diqqətə çatdırmışdı. Bu faktların, işğal edilmiş indiki torpaqlarımızın xəritələrini bütün beynəlxalq təşkilatlara, orada fəaliyyət göstərən nümayəndələrə göstərməyin vacibliyini bildirdi. Erməni vandalizmi nəticəsində dağıdılmış və təhqir olunmuş məscidləri müsəlman ölkələrinin liderlərinə göstərərək bunun təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə olmasını bəyan etməliyik.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər