Yeni tərkibdə formalaşmış Milli Məclis qanunvericilik sahəsində böyük nailiyyətlərə imza atdı
İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə reallaşdırdı
2020-ci il fevralın 9-da Azərbaycanda müstəqillik tarixinin ilk növbədənkənar Parlament seçkilərinin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək məqsədi güdürdü. Məhz,
VI Çağırış Məclisinin fəaliyyətə başlamasından sonra Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmağa başladı. İndiyə qədər ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyırdı. İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi və bununla əlaqədar olaraq millət vəkillərinin qarşısında qanunvericilik sahəsində böyük vəzifələr duracaqdır. Qeyd olunmalıdır ki, ölkədə həyata keçirilən islahatlar bu faktı bir daha təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Həmin dövr Parlamentdəki çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmalı idi. Prezident qeyd edirdi ki, çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır:«Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir».
Seçkilərdən sonra Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artdı və hökumət üzvləri xalqla daha sıx təmasda olmaqla yanaşı daim ünsiyyətə maraqlı oldular. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artırdı, həm parlamentin rolunu.
Bütün bu islahatlar Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsinə hesablanıb. Aydın şəkildə ifadə etsək dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır, radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada olduqca vacibdir.
«Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir».Bu məqamı xüsusi vurğulayan ölkə başçısı bildirib ki, təkcə bir il ərzində reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edib:«Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır».
Bütün bu qeyd olunanlar əminliklə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev bütün bunlarla bağlı qeydləi xüsusilə diqqət cəlb edir: «Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir də onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları dövlə üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır».
Daha konkret ifadə etsək Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. İnsanların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Bu cür uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir.
Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etmədilər. Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Təsadüfi deyil ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etmişdir.
Şeyda Əzizqızı
«AranMedia”GROUP-un direktoru


