Cəmiyyət 

ŞƏHİD BİOLOGİYA MÜƏLLİMİ TURAL RƏHİMOVUN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BİLİK YARIŞININ QALİBLƏRİ BƏLLİ OLDU.

ARANTV.AZ -ın verdiyi xəbərə görə 11.03.2023 tarixindəUnicer Education ,SPORTA ,’’ Dəyər nəşriyyatı‘’nın dəstəyi ilə Bakı Ali Neft Məktəbində şəhid biologiya müəllimi Tural Rəhimovun əziz xatirəsinə həsr edilmiş VII-VIII siniflər arasında biologiya fənni üzrə bilik yarışının qaliblərinin mükafatlanma mərasimi təşkil edildi.Tədbirdə şəhidin ailə üzvləri,Cəlilabad Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ,Bakı şəhər Təhsil İdarəsinin nümayəndə heyəti ,məktəb direktorları ,media nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.

Tədbirdə  ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad edildi.Tədbirin açılış mərasimində şəhid Tural Rəhimov haqqında qısa film nümayiş edildi.Filmin ardınca söz Global Olympic Center-in direktoru Xəyal İbrahimzadəyə verildi. Çıxışı zamanı  Xəyal İbrahimzadə tədbir iştirakçılarını salamlamasının ardından  bu kimi layihələrin davamlı olacağını xüsusi olaraq vurğuladı.Tədbirin davamında söz şəhidin atası Arif Rəhimova verildi. Arif Rəhimov çıxışı zamanı tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.O Turalın elmə olan marağından ,Vətənə bağlılığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.Son olaraq qalib olan şagirdləri təbrik edərək çıxışını yekunlaşdırdı.Daha sonra söz Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova verildi.

Elmar Qasımov çıxışında  bildirirdi:

“Şəhidimizin əziz xatirəsinin bu gün burada-Bakı Ali Neft Məktəbində yad edilməsi bizim üçün şərəfdir.Məmnunluq hissi ilə bildirirəm ki bu cür yarışlar ənənəvi olaraq hər il qeyd edilməlidir.”-deyə sözlərinə davam etdi.Həmçinin tədbirdə Unicer Educationun direktoru Emin Xankişiyev biologiya müəllimi Camal Kərimov Güvən nəşriyyatının rəhbəri Taleh Mənsimov çıxış ediblər.Son olaraq söz layihə rəhbəri Vəfa Rəhimovaya verilib.Vəfa Rəhimova çıxışında layihə haqqında ümumi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin ikinci hissəsində Şəhid biologiya müəllimi Tural Rəhimov adına VII-VIII siniflər arasında keçirilən bilik yarışında qaliblər fəxri qonaqlar tərəfindən bir sıra mükafatlar sertifikatlarla təltif olundu.Son olaraq tədbir iştirakçıları qalib şagirdlər ilə bərabər xatirə şəkli çəkilib.

 

ARANTV.AZ

Daha çox xəbərlər