Hadisə 

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qəza Hüseyn Seyidzadə və Hüseynbala Əliyev küçələrinin kəsişməsində baş verib.

Qadın sürücü idarə etdiyi “Nissan” markalı minik avtomobil ilə kəsişən yolda qadağan edilmiş istiqamətə manevr etmək istəyərkən düzünə hərəkət edən “Toyota” markalı minik avtomobilinin qarşısına çıxıb.

Nəticədə qəza qaçılmaz olub. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Qəza səbəbindən yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları avtomobillərin götürülməsini təmin ediblər.

Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.

 

Daha çox xəbərlər