İdman 

Oğluna görə 40 illik azarkeşi olduğu “Neftçi”dən imtina etdi – FOTO

Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Neftçi” (0:1) oyununda maraqlı pankart nümayiş etdirilib.

ARANTV.AZ  xəbər verir ki, meydan sahiblərinin futbolçusu Fuad Bayramovun atası Etibar Bayramov oğluna görə 40 il azarkeşlik etdiyi “Neftçi”dən imtina etdiyi əks olunan pankart açıb. O, buna görə “ağ-qaralar”dan üzr istəyib.

“40 illik “Neftçi”, məni bağışla, artıq “Şamaxı”nın fanatıyam”, – deyə E.Bayramovun açdığı pankartın üzərində yazılıb.

 

Daha çox xəbərlər