Hadisə 

Gəncədə qadın qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Yeganə Hümbətova bıçaqla qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin onun həyat yoldaşı Elşən Quliyev olduğu bildirilir.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər