Novruzun gəlişini gözəlliyi ilə qarşılayan çiçəkdən yaralara MƏLHƏM – RESEPT-FOTO
Göyqurşağı sayılan göy rəngli süsən Novruz gəlişini öz gözəlliyi ilə qarşılayır. Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir. Bu zərif çiçəklə bağlı çox qədim zamanlardan bizə qədər gəlib çatan bir xalq əfsanəsi var. Deyilənə görə, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl olur ki, bütün quşlar və heyvanlar onu sevməyə başlayır. Bitkinin adı yunanca “İris”, “İdos” olub, “göy qurşağı” mənasını verir. Yəni müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göy qurşağına bənzədirlər.
ARANTV.AZ xəbər verir ki, bu məlumatı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “Facebook” səhifəsində paylaşıb.
O bildirib ki, süsənin yarpaq, kökümsov və kök hissələri dərman, aşı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər:
1. Kökü qurudularaq diş məcunu şəklində hazırlanıb antiseptik kimi istifadə edilir.
2. Həmçinin qusdurucu və bəlğəmgətirici kimi qəbul edilir.
3. Sidikqovucu və yara sağaldacaq təsirləri mövcuddur.
Həkim süsəndən hazırlanan məcunun reseptini də qeyd edib:
“40 qram süsən kökü və kökümsovu 1 litr qaynar suda yarım saat dəmlənilir. Həmin məhlul gün ərzində 3 dəfə qəbul edilir və yaraların üzəri onunla silinir. 2 həftə müddətində istifadə edilir. Hamiləlik və 2 yaş uşaqlara qədər daxilə qəbul tövsiyə olunmur”.


