Cəmiyyət 

Azərbaycan hər zaman öz maraqlarına uyğun siyasət həyata keçirir

Artıq həll edilmiş Qarabağ münaqişəsi erməni işğalı nəticəsində qaranan münaqişələrindən biri idi. Tarixi baxımından bu münaqişənin kökləri Rusiya imperiyasının müstəmləkiçilik siyasəti ilə birbaşa bağlıdır.XX əsrin 80-ci illərinin sonları 90-ci illərin əvvələrində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcazüzə başlamışdır.

Konstitusiyamızda qeyd edildiyi kimi  “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir” , amma, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə son vasitə kimi müharibə meydanında cavabını verər.

Son 19 ildən artıq dövrün tarixini vərəqləyən hər kəs görə bilər ki, cənab Prezident İlham Əliyev əlindən gələn hər şey edirdi ki müharibəni dinc yolla həll etsin. Cənab Prezident İlham Əliyev istəyirdi ki, torpaqlarımız qan tökülmədən, şəhid verilmədən azad olunsun. Ona görə də danışıqlara ümidlə gedir, keçmiş ATƏT-in Minsk qrupunun nə vaxtsa əməlli addımlar atacağını gözləyirdi. Səbrlə davranır, amma, eyni zamanda öz şərtlərini irəli sürür, xəbardarlıq edirdi. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla verməyəcək, işğal altında olan torpaqlarımız nəyin bahasına olursa olsun azad ediləcək. Bu o demək idi ki, Ermənistan Qarabağdan xoşluqla cixmasa hərbi yoldan başqa variant qalmaycaq.

Sülh, ya hərb? Bu sual Ulu Öndər Heydər Əliyevin də gündəmində idi. Onun çıxışından kiçik bir hissəni olduğu kimi təqdim edirəm “ Həll edəcəyik. Zaman lazımdır,vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütəq qaytarılacaqdır. Nəyin bahasına olur olsun.”

Azərbaycan ordusu azadlıq ordusu, Ermənistan ordusu işğalçı ordudur. Azərbaycan əsgəri öz torpağında vuruşurdu, erməni əsgəri özgə torpağında.Bu bizim mənəvi üstünlüyümüz, silahdan heç də az rol oynamayan yenilməz döyüş ruhu idi. Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü həm düşmənə həm də dünyaya bizim gücümüzü göstərdi, haqqın və ədalətin təntənəsi oldu.

Muasir muharibələrin taleyini təkcə silah həll etmir. Tam qələbə döyüş meydanında, informasiya məkanında və diplomatik müstəvidə paralel mübarizə sayəsində əldə olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə bunun ən yeni sübütu, illər boyu həyata keçirilən ordu quruculuğunun, məqsədyönlü xarici siyasətin, aramsız diplomatik səylətin nəticəsidir.

Azərbaycan sadacə öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Yekunda isə sizlərə çatdırmaq istədiyim biz münaqişəmizi həm dinc  həm də qeyri dinc yolla həll etməyə çalışdıq və biz münaqişəmizi həll etdik!

Nərmin Ramazanova,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi küçəsi 8” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər