Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin tərəfdaşlığı ilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində 6 mart, 2023-cü il tarixində gənclər arasında ilk müsabiqə – esse müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin tərəfdaşlığı ilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində 6 mart, 2023-cü il tarixində gənclər arasında ilk müsabiqə – esse müsabiqəsi keçirilib.
Layihənin məqsədi vətənpərvərliyin təşviqi və gənclər arasında Vətən müharibəsi qəhrəmanlarını tanıtmaqdır.
Saat 11:00-da başlayan müsabiqə Bərdə rayon 3 nömrəli tam orta məktəbin kitabxana mərkəzində baş tutmuşdur. Layihədə tərəfdaş olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru Orxan Fəxrəddinov çıxış edərək gənclərə uğurlar arzu etmişdir. Yazı üçün iştirakçılara A4 vərəqləri və qələmlər paylanılmışdır. Daha sonra layihə rəhbəri Fidan Fərzəliyeva müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verdikdən sonra müsabiqə açıq elan edilmişdir. Bərdə rayonunda yerləşən 9 təhsil müəssisəsindən seçilmiş 30 iştirakçı arasında 1 saat müddətində davam edən esse müsabiqəsinin nəticəsində yazı işləri seçilmiş münsiflər tərəfindən dəyərləndiriləcək.
Layihə çərçivəsində daha iki müsabiqə (şeir, rəsm) keçiriləcək və sonda hər müsabiqə üzrə ilk 3 yerin qalibi mükafatlandırma günü diplom və qiymətli hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatla təltif olunacaqlar.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır – 2022” qrant müsabiqəsinin qalibidir.
ARANTV.AZ
Nilufər Əliyeva


