Cəmiyyət 

Hər iki ayağını itirmiş XTQ qazisi xizək sürür – VİDEO

Vətən müharibəsində hər iki ayağını itirən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qazisi Polad Rzayevin xizəklə sürüşərkən çəkilən görüntüsü yayılıb. Müasir protezlərlə təmin olunan qazimiz sabit, təhlükəsiz və inamlı, rahat hərəkət edə bilir. Bu görüntülər hər bir azərbaycanlının sevincinə səbəb olur.

BAKU.WS hazırda Almaniyada müalicəsi davam edən XTQ qazisi Polad Rzayevlə əlaqə saxlayıb. Qazimiz səhhətindəki son vəziyyətlə bağlı danışıb və hazırda hər şeyin qaydasında olduğunu bildirib:

“Almaniyada müalicəmiz yüksək səviyyədə davam edir. Müalicəm öncədən hazırlanmış plana uyğun olaraq aparılır. Aprel ayının birinci həftəsində Vətənə dönməyi planlaşdırırıq”.

Biz də qazimizə möhkəm can sağlığı arzu edir və Allahdan şəfa diləyirik!

Qeyd edək ki, Polad Rzayev oktyabrın 19-da Qubadlının Dağtumas kəndində düşmənə növbəti hücum əməliyyatını icra edərkən piyada əleyhinə minaya düşüb. O, hadisə nəticəsində iki ayağını da topuqdan itirib.

 

Daha çox xəbərlər