Cəmiyyət 

Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib – FOTO

Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramının əlamətdar günlərindən olan Torpaq çərşənbəsində ağacəkmə tədbirləri Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəmkir, Ağcabədi, Bərdə, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 23 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 870 kiloqram toxum səpilib.

 

Daha çox xəbərlər