Azərbaycanlı rəssamın bu şəkilləri bayramda virus kimi YAYILDI – FOTO
Norvuz bayramına artıq sayılı günlər qalıb. Yazın gəlişini simvolizə edən bu qədim xalq bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı hesab olunur. Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Əvvəllər qohum-əqrəba bu baramda daha çox bir-birinin evinə gedib bayramlaşırdı, müasir dövrdə isə internet insanları fiziki olaraq uzaqlaşdırsa da, bir toxunuş qədər yaxınlaşdırıb. Artıq bayramlarda evin qapısını döymək əvəzinə, mesajlarla “Whatsapp” və digər sosial şəbəkələrin “qapı”sına gəlirik.
ARANTV.AZ xəbər verir ki, son günlər uşaq kitablarının illüstrasiyası ilə məşğul olan rəssam Dina Əli Rüstəmovanın maraqlı əl işləri hər kəs tərəfindən bəyənilərək sosial şəbəkələrdə paylaşılır.
Rəssamın illüstrasiyalarıyla uşaqlar üçün çap olunan “İnteraktiv əlifba” kitabı da xüsusən valideynlər tərəfindən çox müsbət dəyərləndirilib. Bir çoxları dərsliklərdəki rəsmlərdən şikayətlənib və oradakı şəkillərin də bu istedadlı xanıma tapşırılmasını təklif edib:
“Çox gözəl və səliqəli işləriniz var. Kaş məktəb dərsliklərində də sizin kimi istedadlı insanların əl işləri olardı. Dərsliklərin məzmunu ilə yanaşı, içərisində olan şəkillər də bəsit, ruhsuz və mənasızdır”, “Şükür, insanlar insana oxşayır. Dərsliklər sizə müraciət etsinlər, məncə. Adam qorxur baxanda. Həm də nağıl kitabları var ki, adamın ürəyi bulanır. Al-əlvan rənglər yox, hər şey solğun, boz, “Çırtdan” nağılındakı şəkildə Çırtdan divdən daha qorxuludur. Sizin rəsmlərə baxanda adamın ürəyi açılır”, “Lap 17-20 il qabaqkı kitabları xatırlatdı. Çox gözəl. Əllərinizə sağlıq. Uşaqları indiki dünyayla ayaqlaşmaqdan çox, bu dövrün çirkabından qurtarmaq lazımdır” və s.
İstedadlı rəssamın sevilən şəkillərini təqdim edirik:
(Şəkilləri izləmək üçün sürüşdürün)













