Cəmiyyət 

“Bu, tək yol polisinin işi yox, hər bir vətəndaşın işi olmalıdır”

“Qəzaya səbəb olub, insan öldürüb. İki uşaq anasız qalıb. “Radara (oxu: polisə) çatanda sürəti azaldıb sonra yenidən artırıram” deyən sürücülərə qarşı mübarizə tək yol polisinin işi yox, hər bir vətəndaşın işi olmalıdır”.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev martın 14-də Bakıda baş verən dəhşətli qəzaya münasibət bildirərkən deyib.

O, yüksək sürət həddi ilə qəzaya səbəb olan sürücülərə çağırış edib.

“”Polis görəndə, radara çatanda…” düşüncəsini dəyişmək üçün hər bir sürücü sükanı vicdanla idarə etməlidir. Çünki vicdan həm niyyətdir, həm də hərəkətdir” – E.Hacıyev qeyd edib.

Qeyd edək ki, martın 14-də səhər saatlarında Yasamalda – Bakı dairəvi avtomobil yolunda baş vermiş dəhşətli yol qəzasının iştirakçıları yüksək sürətlə hərəkət edən “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlu və sərnişini Özbəkistan vətəndaşı Səbinə Məhərrəmova Dilovar qızı olub. Dairəvi yolda N.Seyidov avtomobili çox sürətlə idarə edərək təhlükəli manevrlər edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılaraq aşıb.

Sürücü hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ qalsa da, sərnişin həlak olub. S.Məhərrəmovanın 2 azyaşlı övladı qalıb.

"Bu, tək yol polisinin işi yox, hər bir vətəndaşın işi olmalıdır"

Daha çox xəbərlər