Dünya 

Türkiyə, Rusiya, Suriya və İran XİN rəsmilərinin görüşü təxirə salındı

Ankara ilə Dəməşq arasında normallaşma danışıqları çərçivəsində Moskvada keçiriləcək dördtərəfli görüş təxirə salınıb.

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşünün texniki səbəblərə görə təxirə düşdüyü bildirilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.

Məlumata görə, görüşün başqa vaxta keçirilməsi ilə bağlı razılığa gəlinib, lakin dəqiq tarix bəlli deyil.

Martın 15-16-da Moskvada keçirilməsi planlaşdırılan görüşdə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın, Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının və Suriya xarici işlər nazirinin müavini Eymen Susanın iştirakı gözlənilirdi.

Mənbə: Cumhuriyet

Daha çox xəbərlər