Cəmiyyət 

Papikyan və KTMT baş katibi Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti müzakirə ediblər

Ermənistanın müdafiə naziri Suren Papikyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti müzakirə edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti və Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.

Mənbə: TASS

Daha çox xəbərlər