Türkiyədə sel fəlakətində həlak olanların sayı artdı
Selin etkili olduğu Şanlıurfa'da su basan bazı mahallelerde vatandaşların evlerden tahliyesi için çalışma yapılıyor. Akabe Mahallesi'nde su basan sokakta ekipler çalışma yaptı. ( Mehmet Akif Parlak - Anadolu Ajansı )

Türkiyədə sel fəlakətində həlak olanların sayı artdı

Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində sel fəlakətində ölənlərin sayı artıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

O qeyd edib ki, daha bir nəfərin meyiti tapılıb. Bununla da sel səbəbindən həyatını itirənlərin sayı 18-ə çatıb. Şanlıurfada 16, Adıyamanda 2 nəfər həyatını itirib.

Mənbə: Hürriyet