Novruz tonqalları Qarabağda, Şərqi Zəngəzurda qalanır
Ulu Öndər Heydər Əliyev: Gün o gün olacaqki Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla işləyirəm və və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.
Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 20-də Mərdəkandakı Abşeron sanatoriyasında Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünlərlə görüşərkən çıxışındakı bir parça yaddaşıma həkk olunmuşdu. O, çıxışında işğal altında olan rayonlarımızın bir gün hökmən azad olacağından, Novruz bayramının məhz həmin rayonlarda qeyd ediləcəyindən çox əminliklə danışdı. Nəyin bahasına olursa-olsun torpaqlarımızın qayıdacağından, torpaq sahiblərinin öz yurd-yuvalarına qayıdaraq öz torpaqlarının sahibi olacaqlarından, xoşbəxt və firəvan həyat sürəcəklərindən danışdı.
Belə bir deyim var: “Adam var ev üçün, adam var el üçün doğulur. Deyirlər Ulu Tanrı bəşər övladlarının düçar olduğu sıxıntıdan, üzləşdiyi xəta-bəladan xilas olması üçün hər əsrdə ona bir dahi bəxş edir. Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın xalqdır. Allahın bu millətə bəxş etdiyi belə bir dahi Heydər Əliyev oldu.
Ulu öndər Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xobəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan, idi. Heydər Əliyev saniyə və dəqiqələrini hədər keçirməyən, illəri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi. O, milli tariximizdə özünə əsas yer tutan nadir simalardan idi. Həyatının böyük bir hissəsini xalqına, vətəninə, torpağına həsr etmiş Ulu Öndər hər zaman azərbaycanlı olması ilə fəxr etmişdir. O, tükənməz, coşub-çağlayan əməlləri ilə qəlbimizdə əbədi abidə qurdu. “Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqa, millətə məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”-demişdir Heydər Əliyev.
“Gün o gün olcaq ki, Novruz bayramını bir dəfə Şuşada , o biri il Laçında, Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” – deyən Ulu Öndərin davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın “Dəmir Yumruq” devizi altında birləşən müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı 30 illik işğaldan azad etdi və biz artıq Qarabağ torpaqlarında Novruz bayramını qeyd edirik. Çox şükür ki, Novruz tonqallarının Qarabağda, Şərqi Zəngəzurda ucaldı.
Bu il isə Ağdamın Quzanlı kəndində Novruz tonqalı qalandı, milli xörəklər, şirniyyatlar tarixdiyarşünaslıq müzeyinin “Novruz sərgisi” nümayiş etdirildi. Milli paltar geymiş atlılar meydana daxil olub məharətlərini göstərdilər, gənc idmançılarımızın çıxışları maraqla qarşılandı.
Bu gün ölkəmizdə dahi şəxsiyyətin əsasını qoyduğu siyası kurs İ.Əliyev tərfindəndən uğurla davam etdirilir. H.Əliyev isə qəlbimizdə böyük şəxsiyyət, qüdrətli lider, vətəndaş kimi yaşayacaq.
Kübra Əliyeva,
Bakı şəhəri, Xətai rayonu, 204№li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski küçəsi 11” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

