Cəmiyyət 

AQTA-dan Bakıda kütləvi zəhərlənmə iddiasına REAKSİYA – YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda baş verdiyi deyilən kütləvi zəhərlənmə ilə bağlı iddiaya reaksiya verib.

Qurumdan Oxu.Az-a verilən xəbərə görə, qeyd olunan məlumatla bağlı AQTA və aidiyyəti qurumların əməkdaşlarının araşdırmaları zamanı hadisənin qida zəhərlənməsi olmadığı və xəstələrə qida zəhərlənməsi diaqnozunun qoyulmadığı məlum olub.

“Səhhətində narahatlıq hiss edən şəxslər tibbi müayinə və ilkin yardımdan sonra evə buraxılıb”, – deyə AQTA-dan bildirilib.

09:54
Bakıda mağazada kütləvi zəhərlənmə qeydə alınıb.

APA xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada işləyən – 1997-ci il təvəllüdlü Zamanlı Arzu Bəbir qızı, 2000-ci il təvəllüdlü Quliyeva Rəşidə Yusif qızı, 1996-cı il təvəllüdlü Rəhimli Lalə Hüseyn qızı, 2000-ci il təvəllüdlü Kərimli Aydan Xalıq qızı iş vaxtı qəbul etdikləri qidadan zəhərlənərək 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Daha çox xəbərlər