Cəmiyyət 

Mədəniyyət və təbiətin harmoniyası: Novruz

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı

Fərdlərin formalaşdırdığı mədəniyyətlər irslərin bir hissəsinə çevrilərək xalqların gələcəyi haqqında əsaslı fikirlər deməyə əsas yaradır.  Bu mənada qeyri-maddi irslərin qorunması, eyni zamanda davamlı inkişafın və multikulturalizmin qorunması deməkdir.  Bu isə öz növbəsində 17 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas məqsədi ilə tam şəkildə üst-üstə düşür.

Azərbaycanın Birinci vitse-presidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda  “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Nar bayramı, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

2016-cı ildən etibarən bu siyahıya salınmış Novruz bayramı təbiətdə və elmi əsaslardan meydana gəlmiş bayram olmaqla yanaşı baharın gəlişinə, təbiətin yenilənməsinə işarə edir.  Novruz xalqımızın mədəniyyətini, milli və mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan qədim bir bayram sayılır. Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu öndər Heydər Əliyev azərbaycanlıların Novruz bayramını daha təntənə ilə qeyd etməsi üçün daima bu byrama xüsusi qayğı ilə yanaşar və xalqının yanında olardı. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəni yaşadır. O hər zaman bu qədim bayramı öz xalqı və ölkəmizin qonaqları ilə qeyd edir. Əcnəbi qonaqlar məhz Novruz bayramını çox mədəniyyətli Azərbaycanda birlik içində qeyd etmək üçün ölkəmizə səfərlər edirlər.

Qeyri-maddi irs olaraq, bu ənənəvi bayram, ilk növbədə, sülh və firavanlıq, bərabərliyin təmini, sülhsevər cəmiyyətlərin yaradılması, mədəniyyətlər arası dialoqun təmini və universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması, qadın hüquqlarının qabardılması və onlara hörmətin təcəssümü, və təbiətin qorunması baxımından 7  Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilir.

Mədəniyyətin bir parçası kimi, milli mətbəxin əsas ənənəvi şirniyyatlarından olan paxlava, şəkərbura, şorqoğal və badamburanın bişirilməsi və qovurğa (qızardılmış buğda), qoz-fındıqla (əsasən qoz, fındıq, badam və şabalıd) qarışdırılıb masaya qoyulması Novruzu sevimli bayram edən əsas məqamlardan biridir.

Bu hazırlıq yolu isə qarşılıqlı şəkildə qonşular, qohumlar, dostlar və bütün ailə üzvlərinin məsafələrə baxmayaraq bir-birlərini ziyarətə getməsi ilə alınır. İnsanlar həmrəylik ruhundan zövq alırlar və gələcək nəsillərə əsrlər boyu keçəcək dəyərlər yaradırlar. Gələcəyin carçısı olan uşaqlar Novruz qarşısında əməkdaşlıq ruhundan zövq alır və yaşlı insanlarla nəsillərarası dialoqu tətbiq edirlər. Üstəlik, Novruz, cəmiyyətdə mövcud olanları aztəminatlı ailələr və cəmiyyətin unudulmuş sosial qruplarından olan üzvləri ilə bölüşməyi tələb edir (DİM10,1 və 2). Bu, davamlı inkişaf çərçivəsində “heç kimi geridə qoymamaq” çağırışına kömək edir və dinc cəmiyyətlərin yaranma prosesini gücləndirir (DİM10 və 16).

Novruzun vacib elementlərindən biri ənənəvi sənətkarlıqdır. Ənənəvi sənətkarlıq, bir çox insan, xüsusən də Azərbaycanın regionlarından və ucqar bölgələrindən olan az təminatlı ailələr və qadınlar üçün davamlı bir gəlir mənbəyidir. Təbii mühit haqqında ənənəvi biliklər də insanlara yaşayışlarını davamlı olaraq dəstəkləyə biləcək əkinçilik, balıqçılıq, sənətkarlıq və digər təcrübələr üçün təbii ehtiyatları müəyyənləşdirməyə və istifadə etməyə kömək edir. Bayram tədbirləri mədəni irsin cəmiyyətdəki yoxsul və imkansız insanları dəstəkləmək məqsədilə sosial həmrəyliyi gücləndirərkən sərvətlərin yenidən bölüşdürülməsinə və cəmiyyət üzvlərinə xidmətlər təklif olunmasına kömək edir (DİM1 və 10).

Şübhəsiz ki, qadınlar bayramın bütün aspektləri və elementləri baxımından Novruz bayramının həyata keçirilməsində əsas qüvvədir. Bir çox canlı irs forması kimi, Novruz da mədəniyyət sahəsində gender bərabərliyini nümayiş etdirir. Qadınlar sənətkarlıq istehsalında liderlik edir, ailələri üçün pul qazanır və sənətkarlıqları ilə cəmiyyətin fərdiləşmə prosesini davam etdirirlər. Təşkil edilən tamaşalarda qadınlar musiqi və rəqs vasitəsi ilə özləri və cəmiyyıt arasında həmrəyliyi inkişaf etdirir, eyni zamanda milli çıxışları sayəsində canlı irsləri ilə qlobal tanınma qazanırlar (DİM5). Gender bərabərliyi də bu ənənəvi praktikada, Novruz şənliklərində və mərasimlərdə açıq şəkildə təmsil olunur.

Novruz təbiətin harmoniyasıdır. Bu, xalqımızın təbiətlə olan ahəngdarlığını göstərir və təbii ekoloji dəyişiklikləri qeyd edir. Novruzun DİM6,15 və 13-lə birbaşa əlaqəsi var. İqlimlə yaxın əlaqəsi baxımından “Baharın” başlanğıcı kimi də tanınır.

Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı günü təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, yel və torpaq, sonuncusu “Axir Çərşənbə (Son Çərşənbə axşamı)” adlanır və bu zaman yarpaqlar tökülür, bahar nəhayət başlayır. Üstəlik, odlar yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Atəş təmizlənmə və aydınlaşma rəmzidir. Novruzda tonqallar qalanır və bayramdan əvvəl Axir Çərşənbədə insanlar birinin üstündən yeddi dəfə, ya da 7 tonqalın üstündən bir dəfə atlayaraq deyirlər: “Qızıllığınızı verin və sarılığımı götürün”. Od heç vaxt su ilə söndürülmür; öz-özünə yanır.

DİM15 (Quruda həyat) elementləri Novruzun əsas atributlarındandır. Səməni yetişdirilməsi baharın müjdəsi kimi ən müqəddəs Novruz mərasimidir. Novruz bayramının ətraf mühitlə birbaşa əlaqəsi olduğundan, iqlimdəki hər bir ciddi dəyişiklik bu bayramı qeyd edən insanların həyat tərzinə asanlıqla təsir edərək Novruz kimi yüzlərlə adət-ənənələrin məhv edilməsinə səbəb ola bilər.

Bu baxımdan, bəşəriyyət təbiətə və iqlim dəyişikliyinə diqqət yetirərək qeyri-maddi mədəni irsin davamlı inkişafını xilas edə bilər.

Daha çox xəbərlər