Cəmiyyət 

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür

Dövlət Miqrasiya Xidməti innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür.

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb. Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib.

Daha çox xəbərlər