Hadisə 

Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər