İdman 

Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaqlar? – “Qalatasaray” təklif hazırlayır

Türkdilli ölkələrdən olan futbolçular Türkiyədə legioner sayılmaya bilər.

“Qalatasaray” klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət etməyə hazırlaşır.

Klub türkdilli respublikaların vətəndaşlığına malik olan futbolçuların Super Liqada yerli oyunçu statusunda oynamasını istəyir. “Qalatasaray” bir müddətdir ki, bu istiqamətdə iş aparır.

“Sarı-qırmızılar” federasiyaya Braziliya və Portuqaliya arasındakı münasibəti nümunə göstərəcək. Braziliya ilə Portuqaliyanın anlaşmasına görə, hər iki ölkənin vətəndaşlarına viza almadan, hər hansı icazəyə gərək duymadan işləmələrinə imkan verilir. Braziliyalı futbolçular Portuqaliyada legioner sayılmadıqlarından Avropada ən çox ora üz tuturlar.

Mənbə: “Habertürk”

Daha çox xəbərlər