Cəmiyyət 

Mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir

Bu gün dünyaya özünü “məzlum”, “türklərin soyqırımı”na məruz qalmış kimi təqdim edən ermənilər bununla əsl simalarını gizlətməyə çalışır, həqiqətlərə fərqli yozum verərək öz qəddarlıqlarını qarşı tərəfə aid edirlər. Ermənilər hər zaman havadarlar axtararaq onlara arxalanmış, azərbaycanlılara qarşı vəhşiliklər, dəhşətli qətllər törədərək cəzasız qalmışlar. Tarixə nəzər saldıqda görünür ki, Xocalı soyqırımı günahsız insanlara qarşı ermənilərin törətdiyi ilk qətliyam deyildir. Havadarları sayəsində vəhşiliklərinin cəzasını almayan bu quldur kütlə hələ ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində heç kimə rəhm etmədən amansız qırğınlar törətmişlər.

1918-ci il 30 mart və 3 aprel günləri tarixdə erməni vəhşiliklərilə yadda qalmışdır. Quduz ermənilər Bakı şəhərinin özündə və quberniyanın müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər.

Ulu Öndər  Heydər Əliyev 26 mart 1998-ci il tarixində 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.

Hər zaman erməni xislətinin mənfurluğu ağlasığmaz “özəlliyi” ilə müşahidə olunmuşdur. Onlar azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, öldürdükləri insanların sayını, qətllərin üsulunu “qürurverici” hal kimi qələmə almış, kitablarda özləri yazmışlar. İşgəncələr, kütləvi məzarlıqlar həmin dəhşətlərin acı reallığı idi. Qırğınların nəticəsini konkret fakt göstərmədən “qisasları”, “amallarına çatma” kimi qiymətləndirirdilər. Qoca, uşaq, qadın demədən, günahsız insanların qətli cəzasız qaldıqca bu quduzluq vaxtdan-vaxta özünü biruzə vermişdir.

1918-ci il soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Xocalı dəhşətləri erməni vəhşiliyinin cəzasızlığının növbəti nəticəsi idi. Bu qırğın zamanı isə 63 uşağın, 106 qadının, 70 yaşlı insanın qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürülməsi, 150 nəfərin itkin düşməsi dəhşətilə iz qoydu.

Hər zaman beynəlxalq danışıqlar, məsələnin hüquqi yolla həlli tərəfdarı olan Azərbaycan məsələnin həllində heç bir irəliləyiş görmədikdə öz gücünü, dəyanətini, vətənpərvərliyini 44 günlük Vətən Müharibəsində dünyaya göstərdi. Havadarların himayəsində özünü “aslan” sayan ermənilər qorxaqlığı ilə Müzəffər Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi. Azğın ermənilər anladılar ki, artıq onların qarşısında peşəkar ordusu olmayan, silah təminatı zəif olan dinc sakinlər yoxdur. Vəhşi ermənilərlə mübarizəyə, torpaqlarımızı düşmən tapdağından təmizləməyə müasir silahlarla silahlanmış Müzəffər Azərbaycan Ordusu vardır.

Azərbaycan Dövləti öz haqq işində beynəlxalq hüquqi müstəvidə Ermənistanın işğalçı dövlət olduğunu sübuta yetirmiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri vəhşiliklərə görə cəzalandırılması istiqamətində də işlərini davam etdirir.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər