Cəmiyyət 

Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri – SİYAHI

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən evinin önündə silahlı hücuma məruz qalıb. Millət vəkilinə qarşı sui-qəsd cəhdinin olunması dünəndən müzakirə mövzusuna çevrilib.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIQanunverici hakimiyyət orqanının nümayəndəsinin terror aktına məruz qalması ölkədə sui-qəsd təşkil olunan məmur və hakimiyyət nümayəndələrinin adlarını bir daha gündəmə gəririr.

Sonxeber.az dövlət müstəqilliyi dövründə sui-qəsd cəhdinə, silahlı hücuma məruz qalan məmurlarla bağlı araşdırma aparıb.

Həmin sıyahını təqdim edirik:

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyev (Hacı Vaqif) 1993-cü ildə öz iş otağında qətlə yetirilib. Hadisəni törədən şəxs məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da 1994-cü il sentyabrın 29-da Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 11 fevral 2009-cu ildə Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev 2018-ci il iyulun 3-də silahlı hücuma məruz qalıb. O, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində ağır yaralansa da, bu hadisədən sağ-salamat qurtulub.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHI1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan yüksək vəzifəli şəxslər – Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIAzərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIAzərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIQeyd edək ki, yüksək vəzifəli məmurların sui-qəsdə məruz qalması, onlara qarşı silahlı hücum halları digər dövlətlərin təcrübəsində də olub.

Daha çox xəbərlər