Cəmiyyət 

Yevlaxda toxumçuluq təsərrüfatlarının hüdudları genişləndirilir

Yevlaxda taxıl toxumçuluğu perspektivli sahə hesab edilir.

ARANTV.AZ xəbər verir ki, rayon ərazisində son illər toxumçuluq təsərrüfatlarının sayı və hüdudları genişləndirilir. Əsasən “Murov”, “Şəfəq” və “Aran” növ taxıl toxumlarının yetişdirilməsinə üstünlük verilən təsərrüfatlarda mütəxəssislərin müşahidə və fikrincə hazırda bitkilərin yetişmə dinamikası məhsuldarlığın yüksək olacağını söyləməyə əsas verir.

Bölgənin aparıcı toxumçularından olan Qabil Məmmədov ötən il becərdiyi 70 hektarlıq sahədə təqribən 450-500 tona yaxın məhsul əldə etdiklərini deyir.

Onun sözlərinə görə, bitkilərin hazırkı inkişafı bu ilin iyun ayında hər hektardan ən azı 60 sentner məhsul götürüləcəyinə zəmanət verir:

“Bölgədə toxuma, xüsusilə də toxumların “Aran” növünə taxılçıların böyük tələbi var və hətta o qədər keyfiyyətdən məmnun və həvəslidirlər ki, onların ehtiyaclarını tam qarşılamaq olmur. Bu səbəbdən də növbəti mövsümlərdə toxumçuluq təsərrüfatlarının hüdudlarının genişləndirilməsi məqsədəuyğun sayılır.

Ehtiram Muradov

Daha çox xəbərlər