Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında yazıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Y.Qalant da “Twitter” hesabında C.Bayramovla görüşü barədə paylaşım edib.
O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.
“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, – Y.Qalant vurğulayıb.

