Gündəm 

Azərbaycan TARİXDƏ olmayan işlərə imza atdı – ən çox tunel o bölgədədir

“Qarabağda hazırda yaşanan proseslərin son həlledici mərhələsinin srağagün Prezident İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən başlandığını demək lazımdır”.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.

88064.jpg (18 KB)

“Çıxışdan əldə etdiyimiz nəticələri bu gün baş verən proseslərə tətbiq edək.

– Güllələrin alternativi kimi Əliyev yollar diplomatiyasına başladı.

– Yeni yollar çəkildi – ənənəvi yollar – erməni yollarından imtina edildi.

– tunellər çəkildi, kommunikasiyanın sürətli olması və təhlükəsizlik naminə.

– su hövzələri əlimizə keçdi.

– Hidromüharibədə qalibiyyətə başladıq.

– Prezident dedi – məqsəd Xankəndi yoluna çıxmaqdır, çıxıldı və yol başladı

– Son proseslər toqquşmasız baş verir – ordumuzun gücünə qarşı çıxacaq güc yoxdur.

Azərbaycan Laçını müharibəylə qaytarmayıb – siyasi yolla ələ alıb, davamını aparır.

– 2,5 il ərzində Azərbaycana inanılmaz təzyiqlər olub. Amma nəticəsi olmayıb.

– Qarabağ termini artıq yoxdur – daha lokal ərazidə Laçın, Xankəndi ifadələri var.

İndi Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir.

– Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri bitib.

– Heç vaxt tarixdə olmayan yollar salınıb,

– Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb.

– Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq.

– Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunelimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq.

– Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır.

– Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

– Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradılır.

– İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji alınacaq”, – deyə siyasi şərhçi vurğulayıb.

Daha çox xəbərlər