Gündəm 

Durmadan inkişaf və tərəqqiyə doğru addımlamaqda

Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində çalışan əməkdaşların  məhkumlarla son dərəcə nəzakətlə davranmaları, onların islah yoluna qədəm qoymaları istiqamətində qurulmuş tüm fəaliyyətləri, məhkumlar üçün yaradılan şərait deməyə əsas verir ki, Avropa Pentensiar Qaydalarına nəinki cavab verir, hətta bir azca da artıq nəzərə çarpır. Bu da təbii olaraq bu sahəyə rəhbərlik edən xidmət rəisi  Cənab Ceyhun Həsənovun yüksək peşəkarlıqla, apardığı idarəçilik qabiliyyətinin, bir rəhbər olaraq yerində olmasının əyani sübutudur.

Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov hətta mütəmadi şəkildə cəzaçəkmə müəssisələrində olaraq, məhkumların problemləri ilə bilavasitə əyani olaraq tanış olur, onlarla təvazökarcasına şəxsən ünsiyyət qurmaqla, görüşlər, fərdi və təkbətək qəbullar keçirməklə, dinləyir və dərhal da məhkumların istək və arzularını həyata keçirir, onları narahat edən problemləri aradan qaldırılır. Rəhbərlik tərəfindən ona göstərilmiş etimadı ləyaqətlə doğruldan cənab Mirsaleh Seyidovun əməkdaşlar və məhkumlar içinde yüksək müsbət reputasiya qazanması da məhz yuxarıda qeyd etdiyimiz səbəblərlə bağlıdır.

Son dövrlər bəzi xəbər saytlarında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətə qarşı yönəlmiş, həqiqəti əksetdirməyən tənqidi yazılara, böhtan dolu iftiralara da rast gəlinirik ki, bu da şəxsi qərəzçiliyin, məqsədli şəkildə bu sahənin uğurlarına qısqanclıq edən ünsürlərin bəd niyyətlərinin təzahüridir.

Elnur Məmmədli

 

Daha çox xəbərlər