Nazir: “Mart soyqırımı kimi cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmalıdır” – FOTO
“Mart soyqırımı kimi cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında yazıb.
O xatırladıb ki, minlərlə azərbaycanlının ermənilər tərəfindən etnik zəmində öldürüldüyü Mart qırğınından 105 il ötür: “Biz bu gün ermənilərin soyqırımı siyasətinin qurbanlarını anırıq”.

